Azərbaycanla Almaniyanın ticarət dövriyyəsi 1,2 milyard dolları keçib

2019.11.29 17:55 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin həcmi 1,2 milyard ABŞ dolları təşkil edib. Bu barədə noyabrın 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın 10 illiyinə həsr olunmuş tədbirdə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

Qeyd edilib ki, hesabt dövründə idxalın dəyəri 512 milyon dollar, ixracın dəyəri isə 727 milyon dollar olub.