Azərbaycan banklarının xarici öhdəlikləri 1 milyard 600 milyon manatı ötüb

2019.11.29 17:39 (UTC+04:00)

Azərbaycan banklarının xarici öhdəlikləri bu il noyabrın 1-nə 1.607,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, bu rəqəmlər oktyabrın 1-i ilə müqayisədə 8,6 faiz çoxdur.

İlin əvvəlinə nisbətən bankların xarici öhdəlikləri 12,1 faiz, ötən il noyabrın 1-i ilə müqayisədə isə 16,8 faiz azalıb.