Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi son bir ildə 18 faizdən çox azalıb

2019.11.29 17:25 (UTC+04:00)

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1.384,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu rəqəm oktyabrın 1-i ilə müqayisədə 4 faiz azdır.

Xatırladaq ki, problemli kreditlərin həcmində avqust ayından bəri azalma müşahidə olunur. İlin əvvəlinə nisbətən problemli kreditlər 12,6 faiz, son 1 ildə isə 18,4 faiz azalıb. Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 9,6 faiz olub. Bu nisbət sentyabrın sonuna 10,1 faiz, ötən ilin sonuna 12,2 faiz, ötən il oktyabrın sonuna isə 13,8 faiz təşkil edib.