Gələn il üçün ehtiyac meyarının məbləği...

2019.11.29 16:03 (UTC+04:00)

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub. Bu haqda məlumat büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.

Qeyd edək ki, sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.