Üç il ərzində Azərbaycana gələn turistlərin sayının 4 milyona çatdırılması proqnozlaşdırılır

2019.11.29 15:44 (UTC+04:00)

"Azərbaycanda turizmin ümumi daxili məhsulunda (ÜDM) payı 3 faiz təşkil edir". Bunu Bakıda keçirilən "Azərbaycan Turizm Sammiti – 2019" tədbirində Azərbaycan Turizm Bürosunun İcraçı direktoru Florian Zenqstşmid bildirib. Onun sözlərinə görə, biz bu göstəricini artırmaq istəyirik: "Ölkədə turizm potensialını artırmaqla buna nail olmaq olar". O əlavə edib ki, 2023-cü ilə qədər ildə 4 milyon turistin cəlbi istiqamətində fəaliyyətlərimizi həyata keçiririk.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz və ya 264 min nəfər artaraq, təqribən, 2,7 milyon nəfərə çatıb. Bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.