Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə Fond indiyə qədər sektora 53 milyon manat borc verib, bu isə 4.800-dən çox yeni iş yerinin yaradılması deməkdir.