Çin hökumətinin mövqeyinə əsasən, Avropa İttifaqının (Aİ) təklif etdiyi karbon emissiyalarına görə vergi qoyulması iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmaq cəhdlərinə mane olacaq. Rəsmi Pekin iqlim məsələsində kommersiya təminatını nəzərə almağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının iqlim məsələlərinə məsul yeni üzvü Frans Timmermans ətraf mühit və atmosferin çirklənməsi ilə bağlı ciddi qaydalar çərçivəsində işləyən Avropa şirkətlərinin bu standartlara əməl etməyən ölkələrin şirkətləri ilə müqayisədə rastlaşdıqları ədalətsiz rəqabətin qarşısını almaq üçün yeni bir idxal vergisi üzərində iş apardıqlarını bildirmişdi.