Oktyabrda ən çox ixrac edilən məhsullar

2019.11.28 16:37 (UTC+04:00)

2019-cu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac 160 milyon ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə qeyri-neft sektoru üzrə ixrac 16 milyon ABŞ dolları və ya 11 faiz artıb.

Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (68,3 milyon ABŞ dolları), İsveçrəyə (22,4 milyon ABŞ dolları), Türkiyəyə (20,6 milyon ABŞ dolları), Gürcüstana (8,3 milyon ABŞ dolları) və Ukraynaya (7 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma birinci olub. Bir ayda 27,1 milyon ABŞ dolları həcmində xurma ixrac edilib. Siyahıda ikinci yerdə qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 21,4 milyon ABŞ dolları), üçüncü yerdə isə qabığı təmizlənmiş meşə fındığı (10,7 milyon ABŞ dolları) olub.