2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 1 milyard 74 milyon manat təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nda məlumat verilib.
Bildirilib ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,7 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çoxdur.
Bu ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 24,7 faiz artıb və onların bank kartları vasitəsilə apardıqları əməliyyatları 104,7 milyon manat təşkil edib.