Azərbaycan bu il 38 milyon dollarlıq telekommunikasiya və optik xidmətlər ixrac edib

2019.11.28 15:52 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında "Azərkosmos" ASC 26 xarici ölkəyə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 10 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Təkcə bu ilin oktyabr ayında isə "Azərkosmos" 23 xarici ölkəyə 7,2 milyon dollar dəyərində xidmət ixrac edib. Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya idxal edib.