Prezident İlham Əliyev Slovakiyanın Xarici İşlər və Avropa nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

2019.11.28 15:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Slovakiya hökumətlərarası birgə əməkdaşlıq komissiyasının yaradılması, kənd təsərrüfatı, əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.