On ayda "Azexport" portalına 477 milyon dollarlıq ixrac sifarişi daxil olub

2019.11.28 14:54 (UTC+04:00)

Bu ilin 10 ayında "Azexport" portalına 477 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. Bu barədə noyabrın 28-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın noyabr sayına dair keçirilən mətbuat konfransında İİTKM-in departament rəhbəri Ramil Hüseyn deyib.

O bildirib ki, cari ilin oktyabrında "Azexport" portalına ən çox sifariş pambıq lifi və pambıq toxumu, fındıq ləpəsi və sair məhsullar üzrə daxil olub. İndiyədək "Azexport.az"a 138 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri isə 1 milyard 466,5 milyon dollar təşkil edib.