Azərbaycan Gürcüstandan avtomobil idxalını 2,2 dəfədən çox artırıb

2019.11.28 14:38 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 17.504 ədəd avtomobil idxal edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, qonşu ölkədən Azərbaycana ixrac olunan minik avtomobillərinin ümumi dəyəri 187.903,5 min dollar təşkil edib.

Ötən ilin anoloji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan aldığı avtomobillərin sayı 9.549 ədəd və yaxud 2,2 dəfədən çoxdur.