Vergilər nazirinin müavini Siyəzəndə vətəndaşları qəbul edib

2019.11.27 18:35 (UTC+04:00)

Noyabrın 27-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Abşeron, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən olan sakinlər iştirak ediblər.

Qəbula gələn vətəndaşlar, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergi borcları, vergi orqanlarında işə qəbul, vergi uçotu, habelə digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.