Özbəkistanın dövlət vergi xidməti orqanlarının əməkdaşları vergi ödəyicilərində aparılan yoxlamaları videoya çəkməyə hazırlaşırlar. Dövlət Vergi Komitəsinin "Normativ-hüquqi sənədlərin layihələrinin müzakirəsi" saytında yerləşdirilmiş sənəddə bu barədə ətraflı məlumat verilib. Plana əsasən, vergi xidməti orqanları obyektin ərazisini, inventarizasiya prosesini, vergi ödəyicisi tərəfindən qanun pozuntusunu və digər fəaliyyətləri lentə alacaqlar. Bununla belə, videoçəkiliş vergi ödəyicisinin işinə mane olmamalıdır. Xidməti məqsəd daşımayan çəkilişlərin aparılmasına isə yol verilməyəcək.
Özbəkistanda aparılan vergi islahatları artıq öz real nəticələrini göstərir. 2019-cu ilin ilk yarısının nəticələrinə görə, ölkənin dövlət büdcəsinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,118 trilyon sum (4,58 milyard dollar), başqa sözlə, 1,6 dəfə artıq vəsait daxil olub.