"Əgər əvvəllər ölkəyə gətirilən malların gömrük rəsmiləşdirilməsi ilə 5 inspektor məşğul olurdusa, hazırda bu işi 1 inspektor görür". Bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib: "Bu ildən DGK-nın strukturu Avropa gömrük strukturuna uyğunlaşdırılıb. Bundan başqa, təmsilçilik institutunda olan bəzi şəxslərin ucbatından bəyannamələrin səhv tərtib olunması sahibkarların haqlı narazılığına səbəb olurdu. Odur ki, Komitə həmin fiziki və hüquqi şəxsləri təlimlərə cəlb edərək bu problemləri həll edir. Yaşıl dəhliz üzrə də işləri davam etdiririk. Onu deyə bilərəm ki, illik xarici iqtisadi fəaliyyətin yalnız 6 milyard dollarlıq hissəsi məhz "Yaşıl dəhliz" iştirakçılarının payına düşür".