Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov "World e-commerce Bakı Forumu"ndakı çıxışında qeyd edib ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışda onun payının artırılması, transsərhəd ticarətin inkişaf etdirilməsi üstünlük verilən mühüm vəzifələrdəndir. Onun sözlərinə görə, 2018-2020-ci illəri əhayə edən Rəqəmsal Ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının qəbul edilməsi, Rəqəmsal Ticarət Qovşağı Portalı yaradılması ölkədə nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin minimuma endirilməsinə imkan verir. İqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması, əhalidə bu vərdişlərin formalaşması elektron ticarətin böyüməsinə də müsbət təsir göstərir.