Britaniya mühafizəkarları əcnəbilərin əmlakından tutulan vergini artırmaq niyyətindədirlər

2019.11.26 13:42 (UTC+04:00)

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının seçkiönü vədlərindən biri də əcnəbilərin satın aldıqları daşınmaz əmlakdan tutulan verginin artırılmasıdır. Hazırkı Baş Nazirin partiyası bununla dekabrın 12-də keçiriləcək növbədənkənar seçkidə öz tərəfinə daha çox seçici cəlb etmək məqsədi daşıyır.

Əcnəbilər arasında populyar olan Britaniya daşınmaz əmlakını daha çox varlı insanlar, eləcə də şirkətlər alırlar ki, ya investisiya qoysunlar, ya da yüksək qiymətə icarəyə versinlər. Londondakı yaşayış evlərinin 13 faizini əcnəbilər alıblar. Mühafizəkarların mövqeyinə görə bu təmayül daşınmaz əmlakın qiymətinin bahalaşmasına gətirib çıxaracaq və ev almaq istəyən britaniyalıların işini çətinləşdirəcək.

Buna görə də mühafizəkarlar daşınmaz əmlak alınması üçün 3 faiz həcmində vergi qoyulmasını təklif edirlər. Beləliklə, xarici vətəndaş 1,5 milyon funt sterlinqə ev alarkən 183.750 funt sterliq, Britaniya vətəndaşı isə eyni sövdələşmə üçün 93.750 min funt sterlinq vergi ödəməli olacaq. Mühafizəkarların hesablamasına əsasən, bu verginin tətbiqi hər il büdcəyə 120 milyon funt sterlinq əlavə vəsait gətirəcək.