Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən ən çox Türkiyəyə məhsul göndərib

2019.11.26 14:29 (UTC+04:00)

Bu ilin 10 ayında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, Əfqanıstan və Misir qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 2 milyard 314 milyon 678 min dollar, Əfqanıstana 68 milyon 331 min dollar, Misirə isə 41 milyon 298 min dollar olub.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, hər 3 ölkəyə məhsul ixracı artıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarına nisbətən Türkiyəyə ixracın dəyəri 834 milyon 645 min dollar, Əfqanıstana 6 milyon 518 min dollar, Misirə isə 41 milyon 95 min dollar artıb.

Faiz göstəricisinə görə, Misirə ixracın dəyərində ən çox artım müşahidə edilib.