Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi aparılır

2019.11.26 12:12 (UTC+04:00)

Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsini aparır. Bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı noyabrın 26-da keçirilən "World E-Commerce Eurasia 2019" Bakı forumunda deyib: "Proqramda elektron ticarət rəqəmsal ekosistemin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, e-ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergiödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur".