"Azexport.az" portalı indiyədək 1,5 milyard dollarlıq ixrac sifarişi alıb

2019.11.26 11:26 (UTC+04:00)

Bu vaxtadək "Azexport.az" portalı 1,5 milyard dollarlıq ixrac sifarişi alıb. Bu barədə noyabrın 26-da keçirilən "World E-Commerce Eurasia 2019" Bakı forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.