Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Pyer Moskivisi öz vəzifəsindən gedərkən bildirib ki, Avropa Komissiyası İtaliyanın son dərəcə yüksək olan dövlət borcunun azalmasını gözləyir. Bununla belə, Avropa rəsmiləri "İtaliyanı öz himayələrinə götürmək" niyyətində deyillər. İtaliyanın "Liqa" partiyasının lideri Matteo Salvini bundan əvvəl bildirmişdi ki, İtaliyanın Baş naziri Cüzeppe Konti nazirlər və deputatlar ilə məsləhətləşmədən Avropa İttifaqı ilə "sabitlik mexanizminin" dəyişdirilməsi barədə razılaşma əldə edib.
"Sabitlik mexanizmi" dövlət borcunun səviyyəsi yüksək olan ölkələrə (İtaliya da bunlardan biridir) qarşı Avropa İttifaqının sanksiyalar tətbiq etmək və digər tədbirlər görmək imkanlarını genişləndirir, həmçinin bu cür ölkələrin iqtisadi süverenliyini əhəmiyyətli şəkildə azaldır.