Ötən ay dəniz və hava nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

2019.11.25 18:20 (UTC+04:00)

Cari ilin oktyabrında dəniz nəqliyyatı ilə ümumilikdə 122 min 959 ton yük daşınıb ki, bu yüklərin dəyəri 74 milyon 728 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəniz nəqliyyatı ilə ixrac olunan 35 min 273 ton yükün dəyəri 13 milyon 815 min dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 87 min 686 ton, dəyəri isə 60 milyon 912 min dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanda hava nəqliyyatı ilə daşınan sərnişinlər haqda da məlumat verilib. Belə ki, cari ilin oktyabrında Azərbaycanda hava nəqliyyatı ilə 198 min sərnişin daşınıb.