Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 7,4 milyard manatı ötüb

2019.11.25 17:58 (UTC+04:00)

Yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,3 faiz artaraq 7 milyard 439,1 milyon manat olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 439,8 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,1 faizini təşkil edib. On ayda hər bir ölkə sakini orta hesabla 751,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 26,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.