Ötən ay Azərbaycandan Avropa İttifaqı və MDB ölkələrinə məhsul ixracı artıb

2019.11.25 16:56 (UTC+04:00)

Oktyabrda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 1 milyard 332 milyon 211 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri 203 milyon 70 min dollar təşkil edib.

Hesabat dövründə isə, Azərbaycandan MDB ölkələrinə 126 milyon 696 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 352 milyon 825 min dollar olub.