Ötən ay 3 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

2019.11.25 16:16 (UTC+04:00)

Cari ilin oktyabrında Azərbaycanda ticarət əməliyyatlarının həcmi 3 milyard 32 milyon 582 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının həcminin 1 milyard 77 milyon 317 min dolları idxalın, 1 milyard 955 milyon 265 min dolları isə ixracın payına düşüb.