Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, "ASAN ödəniş" sistemi vasitəsilə aparılması imkanı yaradılıb. Fonddan verilən məlumata
görə, sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.az portalı və "ASAN Pay" mobil əlavəsi ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.
Xatırladaq ki, fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.