Kompüter, elektron və optik məhsulların istehsalı 37 faiz artıb

2019.11.25 14:20 (UTC+04:00)

Bu ilin 10 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 203,8 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 6,8 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 37,1 faiz artıb.

Hesabat dövründə ötən ilin eyni ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 71,6 dəfə, məişət soyuducularının istehsalı 25,2 faiz çoxalıb.