Litva Respublikasının Nazirlər Kabineti Seymin ticarətdən və bank aktivlərindən vergi tutulması barədə qərarını təsdiqləyib – bu yığımlar artıq gələn ilin dövlət büdcəsinə daxil edilib. Bununla belə, Nazirlər kabineti parlamentə həmin vergilərin təsiri barədə məsləhətləşmələr aparmağı tövsiyə edib. Bundan əlavə, Seymə verginin tətbiqinin tarixini dəqiqləşdirmək, onu Avropa İttifaqının normaları ilə uyğunlaşdırmaq təklif olunub. Bank aktivləri üzrə yığımlardan ildə dövlət büdcəsinə 50-60 milyon vəsait daxil olacağı təxmin edilir.