Gömrük sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb

2019.11.25 14:05 (UTC+04:00)

Cari ildə gömrük sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb. Bu barədə noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə təşkil edilən görüşdə deyib.

O bildirib ki, risklərin idarəedilməsi mərkəzlərinin yaradılması ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.