Böyük Millət Məclisində qəbul edilmiş yeni qanun layihəsinə əsasən, çempionat yarışları keçirən idman növləri üzrə ən yüksək liqalarda oynayan idmançılardan tutulan gəlir vergisinin həcmi 15 faizdən 20 faizə qaldırılacaq. Hazırda müqaviləsi olan idmançılar üçün müqavilə müddətinin sonuna qədər gəlir vergisinin dərəcəsi 15 faiz saxlanılacaq. 31 oktyabr 2019-cu il tarixindən sonra imzalanan müqavilələrdə isə 20 faizlik vergi tətbiq olunacaq.
İdmançılara verilən əməkhaqqı və ya əməkhaqqı hesab edilən ödəmələrdən gəlir vergisinin tətbiqi 31 dekabr 2019-cu ildən 31 dekabr 2023-cü ilə qədər uzadılacaq. İdmançıların əməkhaqqı gəirləri 500 min lirədən artıq olduqda isə onlar öz gəlirləri barədə bəyannamə təqdim edəcəklər.