Almaniyada vergidən yayınanlara qarşı xüsusi qrup yaradılacaq

2019.11.22 19:05 (UTC+04:00)

Ölkənin maliyyə naziri Olaf Şoltz böyük vergi qaçaqlığını nəzarətə götürmək üçün yeni özəl qrup yaratmağı planlaşdırır. Nazirin planına əsasən, 48 maliyyə şöbəsindəki mütəxəssislərdən təşkil olunacaq bu qrup bankların, sərmayə qurumlarının və iri sərvət sahiblərinin fəaliyyətlərini izləyəcək.

Xüsusi qrup 2012-ci ilin əvvəlində baş vermiş "Com-Ex" ticarət qalmaqalı kimi hadisələri nəzarətdə saxlayaraq böyük vergi qaçaqlığının qarşısını alacaq. "Com-Ex" qalmaqalı nəticəsində yerli bankların xarici investorlara sərmayə gəliri üzərindən qanunsuz şəkildə vergi qaytarılmasına şərait yaratdığı və əldə edilən vəsaiti bölüşdürdükləri aşkara çıxmışdı. Vergilərin qaytarılmasından dövlətin itkisinin 32 milyard avro həcmində olduğu təxmin edilir. Şoltzun quracağı vergi qamçaqlığına qarşı xüsusi qrupun illik xərcləri isə 21 milyon avro olacaq.