Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi elan edir.
Nazirlikdən verilən məlumata görə, "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq, 17 müxtəlif mövzu üzrə layihələr qəbul edilir.