Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

2019.11.23 15:57 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında dəniz limanlarında 6 milyon 775,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 6 milyon 214 min tonunu və ya 91,7 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 195,9 min ton olub.

On ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 30,9 faiz artaraq 17,8 min nəfər təşkil edib.