Yanvar-oktyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 630,7 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 83,5 faiz artım, metallurgiya sənayesində isə 12,6 faiz azalma müşahidə olunub.
Dövr ərzində bu sahə üzrə 18 min 828,4 ton (2,5 dəfə çox) qara metallardan digər konstruksiyalar istehsal edilib.