Tikinti müəssisələri tərəfindən istehsal edilmiş məhsulun dəyəri 650 milyon manata çatıb

2019.11.23 12:59 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 3,8 faiz artaraq 648,7 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində tikinti kərpicinin istehsalı 41,4 faiz, tikinti əhənginin istehsalı 51,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 27,8 faiz artıb.

Sement istehsalı 2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 55,4 faiz, tikinti gipsinin istehsalı isə 71,7 faiz azalıb.