Yanvar-oktyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 191,7 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 65,6 faizi avtomobil, 6,5 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.