İxrac olunan məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb

2019.11.22 17:01 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunan məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə göndərilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, ixrac edilən məhsulların 3,5 faizi dəmir yolu, 1,4 faizi hava, 0,8 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.