Bir istehlakçı orta hesabla ayda 402,3 manatlıq əmtəə alıb və xidmətlərdən istifadə edib

2019.11.22 15:55 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 39,8 milyard manat olmaqla ötən ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 3 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini real ifadədə 3 faiz üstələyərək 38,2 milyard manata bərabər olub, onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 402,3 manatlıq və ya keçən ilin eyni dövrü ilə müqayisədə 17,5 manat çox əmtəə almış və ödənişli xidmətlərdən istifadə edib.