Bu ilin 10 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 332,4 milyon manat dəyərində məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 37 faiz, geyim istehsalında 12 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 26,2 faiz azalma müşahidə edilib.