Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda sahibkar kimi fəaliyyət göstərən qadınlardan danışıb: "Hazırda Azərbaycanda sahibkar qadınların sayı 186 390-dır".
Onun sözlərinə görə, 2012-ci ildə qadın sahibkarların sayı 73.469 nəfər idi: "Qadınlar kişilərə nisbətən bir az ehtiyatlıdırlar".