Bu il avtomobil nəqliyyatı ilə 1 milyard 474,3 milyon sərnişin daşınıb

2019.11.22 10:26 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 474,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Həmçinin sərnişin dövriyyəsi 2,4 faiz artıb.