Avropa Komissiyası İtaliyanın vergi manevri layihəsini qəbul edib

2019.11.21 18:47 (UTC+04:00)

İtaliya hökumətinin hazırladığı vergi manevri layihəsini qəbul edən Avropa Komissiyasının açıqlmasında bildirilib ki, İtaliya hakimiyyət dairələrinin fəaliyyəti ölkənin maliyyə sabitliyinə mənfi təsir göstərəcək, lakin 2018-ci ildən fərqli olaraq bu, hökumətin təqdim etdiyi layihənin təsdiqlənməsinin qarşısını almağa səbəb ola bilməz.

Avropa Komissiyasının bu "üzgörənliyini" müşahidəçilər İtaliyanın yeni hökumətinin Avropa Komissiyasının siyasi müttəfiqi olması ilə əlaqələndirirlər. Vergi manevri əlavə dəyər vergisinin artırılması üçün moratoriumun müddətinin uzadılmasını (bu, 23 milyard avroya başa gələcək), eləcə də plastik qablaşdırmaya vergi qoyulması da daxil olmaqla bir sıra yeni vergilərin tətbiqini nəzərdə tutur.