Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb

2019.11.21 18:11 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 milyon 762,9 min ton, yük dövriyyəsi isə 8 milyard 254,8 milyon ton-kilometr olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 25 milyon 376,6 min tonu və ya 65,5 faizi avtomobil nəqliyyatı, 9 milyon 663,1 min tonu və ya 24,9 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 723,2 min tonu və ya 9,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4 faizini və ya 5 milyon 979,7 min tonunu tranzit yüklər təşkil edib.