Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr...

2019.11.21 17:13 (UTC+04:00)

Azərbaycan cari ilin yanvar-oktyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 10 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və İsveçrədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 870 milyon 376 min ABŞ dolları, Türkiyədən 1 milyard 326 milyon 828 min dollar, İsveçrədən isə 1 milyard 216 milyon 633 min dollar olub.