İstehlak məhsullarının istehsalı çoxalıb

2019.11.21 14:10 (UTC+04:00)

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin ilk 10 ayında tütün məmulatlarının istehsalında 67,6 faiz, içki istehsalında 39,5 faiz, qida məhsullarının istehsalında isə 13,9 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 51,2 faiz, kolbasa məmulatları 45,5 faiz, qaymaq və xama istehsalı 22,5 faiz, cem və marmeladların istehsalı 12,5 faiz, alkoqolsuz içkilərin istehsalı 11,2 faiz artıb.