Diri çəkidə ət istehsalı artıb

2019.11.21 10:35 (UTC+04:00)

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 429,9 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddətdə süd istehsalı 1,8 faiz artaraq 1751,4 min ton, yumurta istehsalı 8,1 faiz artaraq 1 milyard 531,7 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 15,9 min ton olub.

Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.