Vergilər nazirinin müavini Siyəzəndə vətəndaşları qəbul edəcək

2019.11.20 18:09 (UTC+04:00)

Qəbula gəlmək istəyən vətəndaşlar 20-25 noyabr 2019-cu il tarixlərində Sumqayıt şəhərində fəaliyyət göstərən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Xırdalan və Siyəzən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.