Külək və günəş stansiyalarında elektrik enerjisinin istehsalı artıb

2019.11.20 14:42 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 92,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, 10 ayda ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 37,8 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.