Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 273,93 milyon manat, xərcləri 18 milyard 433,64 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 840,29 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,28 faizi qədər profisit yaranıb.